Modern.az

Daha bir ölkə parlamentindən Xocalı ilə bağlı QƏTNAMƏ

Daha bir ölkə parlamentindən Xocalı ilə bağlı QƏTNAMƏ

12 Oktyabr 2015, 16:14

Qvatemala Konqresində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Qvatemala Konqresində Azərbaycanın suveren ərazisinin istilasını və hərbi işğalını pisləyən, eləcə də münaqişənin beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizamlanması üçün Ermənistan Respublikasına çağırış edilən qətnamə səs çoxluğu ilə qəbul edilib.  

Qəbul edilmiş qətnamədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktının törədilməsi pislənilir. 

Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən tərəfləri dialoqa, münaqişənin həlli üçün mexanizm hazırlamağa çağıran və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü prinsipinə hörməti tələb edən qətnamələrin qəbul edildiyi, Qvatemalanın BMT-yə üzv dövlət kimi beynəlxalq hüquqa hörmət çərçivəsində universal dəyərlərin təmin olunmasına tərəfdar olduğu ifadə edilir.

Modern.az

   

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək