Məlum olduğu kimi, 18 oktyabr 1991-ci ildən etibarən ölkəmizdə hər il “Müstəqillik Günü” kimi qeyd olunur.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyi ənənəvi olaraq bu əlamətdar gün münasibətilə
Oktyabr ayında “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” şüarı altında silsilə tədbirlərin keçirilməsini nəzərdə tutur. Bu məqsədlə, ilk tədbir qana ehtiyacı olan xəstələr üçün “Qanvermə aksiyası”nın keçirilməsidir.
250 nəfərə yaxın könüllünün iştirakı ilə olacaq bu Aksiya 12 Oktyabr 2015-ci il tarixdə saat 12.00 -da 20 saylı Şəhər Poliklinikasında (3-cü mkr. Cavadxan küç.22 ünvanında) keçirilib.
Qanvermə aksiyasında deputat Məlahət İbrahimqızı da iştirak edib.
Modern.az