Modern.az

Prezident fərman imzaladı

Prezident fərman imzaladı

Təhsil

12 Oktyabr 2015, 20:05

Prezident İlham Əliyev“Azərbaycan RespublikasınınKənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Modern.az-ın bildirir ki,  fərmana əsasən, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir, Azərbaycan Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam tərəfinə bildiriş göndərməlidir.

Dövlət başçısı həmçinin "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyiilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərman imzalayıb. Azərbaycan Nəqliyyat Nazirliyinə fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam tərəfinə bildiriş göndərmək tapşırılıb.

Modern.az  
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək