Modern.az

Baş nazirin səfərinə özbəkləri yığılan pambığı yerinə yapışdırmağa məcbur etdilər

Baş nazirin səfərinə özbəkləri yığılan pambığı yerinə yapışdırmağa məcbur etdilər

12 Oktyabr 2015, 20:50

Özbəkistanın Fərqanə vilayətinin Kuştepinski rayonunda baş nazir Şavkat Mirziyaevanın mümkün gəlişi ərəfəsi yerli sakinləri məcbur ediblər ki, yığdıqları pambığı qozaya yapışdırsınlar. Modern.az saytı bildirir ki, bu haqda “Azadlıq” radiosunun yerli xidməti məlumat yayıb. 

Bildirildiyinə görə, yerli hakimiyyət pambıq plantasiyalarında bol məhsul yetişdirildiyi ilə öyünmək üçün bu qərarı verib. Baş nazirin gəlişi ilə bağlı rayonun yolları təmir edilib.

Fərqanə vilayəti meriyasındakı mənbə xəbər verib ki, vilayətin meri Şuxrat Qaniev tabeçiliyindəki şəxslərə pambıq tarlasını ağ örpəyə bürüməyi tapşırıb. Beləliklə, 400-dən çox kişi və qadın yığılan pambığın qozalara yapışdırılmasına cəlb edilib. 

Buna baxmayaraq, baş nazir rayona gəlib çıxmayıb.

  Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi