Modern.az

İdmançıların mikroavtobusu qəzaya düşdü- yaralılar var

İdmançıların mikroavtobusu qəzaya düşdü- yaralılar var

12 Oktyabr 2015, 22:14

Ağdam rayonu ərazisində məktəbliləri daşıyan 02 BK 273 dövlət nömrə nişanlı “RAF” markalı mikroavtobus qəza törədib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib.

Sərnişin daşıyan mikroavtobusda Ağdam Olimpiya Kompleksində məşqdən çıxan yeniyetmə idmançılar olub.

Yaralılar, 2002-ci il təvəllüdlü, Fərəcov Eltac Seymur oğlu, 1999-cu il təvəllüdlü Məhərrəmov Ruslan Füzuli oğlu, 2005-ci il təvəllüdlü, Əsgərov Sahib Ramil oğlu, 1998-ci il təvəllüdlü Kərimli Kərim Ramiz oğlu müxtəlif bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılardan biri Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılıb.

Yeniyetmə idmançıları daşıyan “RAF” markalı avtomobilin sürücüsünün adı Şahbaz olduğu və uşaqların məşqçi müəllimləri olduğu bildirilir.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsi və Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

 

    Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək