Modern.az

Milli Məclis bu gün 7 məsələyə görə toplanır

Milli Məclis bu gün 7 məsələyə görə toplanır

13 Oktyabr 2015, 09:58

Milli Məclis bu gün - oktyabrın 13-də növbəti iclasını keçirəcək. Modern.az saytının məlumatına görə, iclasın gündəliyinə təklif olunan məsələlər aşağıdakılardır.

1. "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında

7. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək