Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı maraqlı statistika açıqlanıb.
Mərkəzi Seçki Komissiyası (MSK) Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Modern.az saytına bildirib ki, qarşıdan gələn parlament seçkilərində iştirak edəcək seçicilərin 564-nün yaşı 100 və ondan yuxarıdır.MSK rəsmisi onu da əlavə edib ki, seçki günü Azərbaycanın 257 vətəndaşı səsvermə hüququ qazanacaq:
"Noyabrın 1-də 257 insanın 18 yaşı olacaq. Onlar ilk dəfə səsvermə hüququ qazannırlar”.
Modern.az