Modern.az

Pensiyalar vaxtından əvvəl maliyyələşdirilib

Pensiyalar vaxtından əvvəl maliyyələşdirilib

13 Oktyabr 2015, 10:35

Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən  əvvəl maliyyələşdirilməsinə imkan verib.

DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə ödənişlərin məbləği 2152,9 mln. manat təşkil edib.

Əhaliyə ödənişlərin 97,5 faizi və yaxud 2098,2 mln.manatı əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib.  Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 54,7 mln. manat təşkil etməklə əhaliyə ödənişlərin 2,5 faizi həcmində olub.

Əldə edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə pensiya və müavinətlərin ödənişinin hər ay qrafikdən əvvəl reallaşdırılması təmin olunub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək