Tanınmış xanəndə Ehtiram Hüseynov “Əməkdar artist” fəxri adına layiq görülüb. Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə “Muğam televiziya müsabiqəsi”də 2-ci yerin sahibi, tanınmış xanəndə, Beynəlxalq muğam müsabiqəsinin qalibi Ehtiram Bahadur oğlu Hüseynova muğam sənətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adı verilib.
Modern.az