Modern.az

“Nəzarətsiz bölgə olan Dağlıq Qarabağ terrorçuların məskənidir”

“Nəzarətsiz bölgə olan Dağlıq Qarabağ terrorçuların məskənidir”

13 Oktyabr 2015, 12:37

“Bu gün beynəlxalq aləmin əsas mövzusu terrora qarşı ortaq mübarizənin təşkilinə nail olmaqdır. Bunsuz vəziyyət daha da pisləşəcək”.  Bunu Modern.az-a açıqlamasında millət vəkili Adil Əliyev deyib.  

Onun sözlərinə görə, ikinci dünya müharibəsindən çıxan bəşəriyyət terroru yenməsə və ya ən azı terrorun miqyasını zəiflətməsə vəziyyəti nəzarətdə saxlamaq çətinləşəcək:

Terror artıq Türkiyəmizin paytaxtı Ankaranı vurur. Dünən isə belə bir xəbər gəldi ki, bir başqa qonşumuzun paytaxtında – Moskvada da terror törətmək istəyən qrup yaxalanıb. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq terrorçulara qarşı birgə əməkdaşlığa ehtiyac var. Çünki terrorun bu gün və ya sabah haranı vuracağı bəlli deyil. Silahlı separatçıların da terrorçulardan elə böyük fərqi yoxdur. Nəzarətsiz bölgə olan Dağlıq Qarabağ terrorçuların məskənidir. Azərbaycan prezidenti İlham Əliyevin müsahibələrinin birində söylədiyi kimi “pis və yaxşı terrorçu yoxdur”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək