UEFA Çempionlar Liqasının Rəsmi Avtomobil Sponsorluğunun uğurlu birinci ilindən sonra Nissan-ın partnyorluğu 2017/18 mövsümünədək uzadılmışdır. Razılaşma UEFA Çempionlar Liqasının Qrup Mərhələsinin püşkatmasından əvvəl elan edilmişdir və Nissan, UEFA Çempionlar Liqasının canlı matçlarının televiziyada yayım sponsorluğu kimi tədbirlərini bu mövsümdən başlayaraq Braziliya, Çin, Yaponiya və ABŞ daxil olmaqla 40-dan çox ölkədə həyata keçirəcək.
Fanatlar Nissan partnyorluğunun diqqət mərkəzində olacaqlar, belə ki, Nissan, fanatların Avropanın ən prestijli futbol yarışmasında yaşaya biləcəkləri təəssüratları gücləndirmək məqsədilə fanatlar üçün sürprizlər hazırlamaq istəyir. Bu mövsümdən başlayaraq, eksklüziv hüquqlara sahib olan Nissan fanatlara Centre Circle Carrier kimi maraqlı və həyacanlı bir fəaliyyət təklif edəcək və Avropa ölkələrindən olan 1300-dən çox uşağa futbol həyəcanına və futbol kumirlərinə daha da yaxınlaşmaq şansını yaradacaq. Pul ilə əldə edilməsi mümkün olmayan bu təcrübə uşaqlara açılış mərasimində iştirak etmək və bütün dünyanın milyonluq televiziya seyrçilərinin qarşısında hər matçın əvvəlində UEFA Çempionlar Liqasının əfsanəvi emblemini sahənin mərkəzinə çıxarmaq imkanını verəcək.“Partnyorluğumuzun əvvəlindən məqsədimiz UEFA Çempionlar Liqası oyunlarından maraqlı və həyəcanlandırıcı anlar yaşatmaq idi. Biz daim qlobal biznesimizə yeniliklər qatmağa çalışırıq və indi isə partnyorluğumuz həqiqətən qlobal miqyas əldə etməyə başlayır; mövsüm boyunca daha çox insana brendə cəlb olunmaq imkanını təklif edirik.
Səfirlərimizin və təşkil etdiyimiz tədbir və yarışlarımızın vasitəsilə, eləcə də CentreCircleCarrier təşəbbüsümüzün çərçivəsində hər matçdan əvvəl sahəyə Çempionlar Liqasının emblemini çıxararkən oyunçulara qoşulmaq imkanının sayəsində insanlara dünyanın ən möhtəşəm idman yarışlarını yaxından izləmək və hətta müəyyən mənada iştirak etmək imkanı verilir,”- deyə Nissan-ın korporativ vitse-prezidenti, Marketinq və Brend strategiyası şöbəsinin rəhbəriRoel de Vries bildirib.
Centre Circle Carrier təşəbbüsündən əlavə bütün dünyadan olan insanların bu mövsümdə UEFA Çempionlar Liqasının bəzi ən möhtəşəm anlarına dair söz haqqı olacaq.
Yarış fanatlara rəsmi matç topları, biletlər və hətta 28 may 2016-cı il tarixində Milanda keçiriləcək Final oyununa getmək imkanınadək bir sıra hədiyyə qazanma imkanını əldə etmək üçün hər matç həftəsinin sevimli qollarına dair səs vermək imanını verir.UEFA Çempionlar Liqasının Qrup Mərhələsinin 27 avqust tarixində keçiriləcək püşkatması ilə yanaşı Nissan uğurlu fanata bu mövsümdə UEFA Çempionlar Liqasının hər bir təqvim oyununda öz sevimli komandasını izləmək üçün iki bilet verəcək. Nissan UEFA Çempionlar Liqasının rəsmi Nissan səfirləri- Andrés Iniesta, Thiago Silva, Yaya Touré və Max Meyer ilə 2015/16 mövsümündə partnyorluğunu davam etdirəcək. Bütün il ərzində Nissan TV-də müxtəlif fəaliyyətlər əhatə olunacaq və reklam məhsulları çap olunacaq, ictimai çıxışlar ediləcək və digər tədbirlər keçiriləcək.
Modern.az