Modern.az

“Bu, büdcəyə əlavə gəlirlər gətirəcək”

“Bu, büdcəyə əlavə gəlirlər gətirəcək”

14 Oktyabr 2015, 12:31


“2016-cı ilin büdcə layihəsi reallığa əsasən hazırlanıb”. Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında deputat İlham Məmmədov deyib.

O, dünyada iqtisadi xaos və böhranın hökm sürdüyü zamanda dünya iqtisadiyatının tərkib hissəsi olan Azərbaycan büdcəsinin tərtib olunmasının yüksək peşəkarlıq tələb etdiyini bildirib:  

“Maliyyə naziri də qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına 2 əsas xarici amil təsir edib - xam neftin qiymətinin 2 dəfə aşağı düşməsi və region dövlətlərində milli valyutaların kəskin devalvasiyası.  

Ancaq ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bütün bunların öhdəsindən peşəkarlıqla gəlir”.  

O, Azərbaycanda qeyri-neft sektorunun inkişafının davam etdirilməli, lüzumsuz xərclərin aradan qaldırılmalı olduğunu qeyd edib.   Milli Məclis üzvü kənd təsərrüffatı sahəsinin inkişafı haqda da danışıb. O, 2016-cı ilin dövlət büdcəsinin sosial yönümlü olmasının insanları rifahı üçün önəmliliyini vurğulayıb.

“Sadələşdirilmiş vergi sisteminin tətbiq sahəsinin genişləndirilməsi kiçik və orta sahibkarlığın daha da inkişafına şərait yaradacaq ki, bu da büdcəyə əlavə gəlirlər gətirəcək”.  

Aytən Zəhra

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama