Modern.az

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında YENILIK

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında YENILIK

14 Oktyabr 2015, 15:44


Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nəzdində İctimaiyyətlə Əlaqələr və Mətbuat Xidməti şöbəsi fəaliyyətə başlayıb. Bu barədə Modern.az-a şöbənin rəisi Vəfa Səfərli məlumat verib. O qeyd edib ki, adı çəkilən şöbə yerli kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, xəbər agentlikləri, televiziya kanalları və radiolar, o cümlədən digər dövri mətbuatla sıx işləyərək ictiamiyyət üçün ilkin informasiya mənbəyi olacaq.

“Şöbənin əsas məqsədi sizləri və bilavasitə geniş ictimaiyyəti Limanda baş verən mühüm nailiyyətlər, həyata keçirilən işlər, baş tutan tədbirlər və gələcək planlar barəsində müfəssəl və düzgün informasiya ilə təmin etmək və beləliklə də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı haqda məlumatlılığı artırmaqdır. Azərbaycan və regionun iqtisadiyatınının daha da sürətli inkişafına öz töhfələrini verərək Bakını Xəzər hövzəsində nəhəng logistika, nəqliyyət mərkəzinə çevirəcək Liman haqqında hər-hansı suallarınız olarsa, bizimlə əlaqə saxlamağa çəkinməyin”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama