Modern.az

Ünvanlı sosial yardım yeni metodlarla hesablanacaq

Ünvanlı sosial yardım yeni metodlarla hesablanacaq

14 Oktyabr 2015, 20:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardıma ehtiyacı olanların qiymətləndirilməsinin yeni metodunu tətbiq edəcək. Modern.az Trend-ə  istinadən bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin məlumatına görə,  gələcəkdə ünvanlı sosial yardıma ehtiyacı olanların qiymətləndirmə kriteriyalarından birinin onların mobil rabitə xidmətləri üzrə xərcləri olacaq.Bu, vahid elektron müraciət sisteminin təkmilləşdirilməsi və təyinatdan (VEMTAS) sonra mümkün olacaq.

MHM və nazirlik arasında təşkil ediləcək informasiya mübadiləsi quruma Sim-kart sahibinin cari və illik borcu barədə məlumat almağa, bu dövr ərzində onun sahib olduğu digər Sim-kartlar üzrə borc və xərclərini yoxlamağa imkan verəcək.

Bu prosesin avtomatlaşdırılması borcluların kredit qabiliyyətinin qiymətləndirilməsi baxımından banklara da maraqlı olacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək