Modern.az

Azərbaycanda 10 milyon mobil telefon abunəçisi var - AÇIQLAMA

Azərbaycanda 10 milyon mobil telefon abunəçisi var - AÇIQLAMA

15 Oktyabr 2015, 12:22


Azərbaycan telefon abunəçilərinin sayına görə dünya üzrə orta göstəricini üstələyir.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2015-ci ilin altı ayı ərzində Azərbaycana idxal olunan mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatlarının sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 67,4 faiz azalaraq 13419 ədəd təşkil edib. 2015-ci ilin birinci yarısının sonuna ölkədə mobil telefon abunəçilərinin sayı 10,1 milyonu keçib.  

Əhalinin hər 100 nəfərinə düşən mobil telefon abunəçilərinin sayına görə Azərbaycan dünya üzrə orta göstəricini 10,4 faiz üstələyir. Modellər üzrə telefon aparatlarının idxalı və mobil telefondan istifadə edən şəxslərin yaş qrupları üzrə bölgüsü rəsmi statistika hesabatlarında nəzərdə tutulmayıb.

Aytən ZƏHRA  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək