İordaniyanın şahzadəsi Əli Bin Əl-Hüseyn FİFA prezidentliyinə namizədliyini irəli sürüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun namizədliyi ali futbol qurumunda qeydə alınıb.
Bu il mayın 29-da FİFA prezidentliyinə seçkilərdə Əli bin Əl-Hüseyn 1998-ci ildən təşkilata rəhbərlik edən Yozef Blatterə məğlub olub. Amma FİFA-dakı korrupsiya qalmaqalı Blatterin vəzifədən kənarlaşdırılması ilə nəticələnib.
Növbəti seçki 2016-cı il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək. İordaniya şahzadəsinin əsas rəqibi olan UEFA prezidenti Mişel Platini 90 günlük cəza aldığına görə seçkilərdə iştirak edə bilməyəcək.
Vüqar İsmayılov