Yeni Azərbaycan Partiyasından 123 saylı Kəlbəcər rayon Seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Qurbanov Cavid Qənbər oğlunun təbliğat-təşviqat kampanıyası davam edir.
Modern.az xəbər verir ki, növbəti görüş Goronboy rayonun EKO qəsəbəsində məskunlaşımış Kəlbəcər rayon sakinləri və rayon səhiyyə işçiləri ilə keçirilib.
Akif Əsgərov – YAP Kəlbəcər rayon təşkilatının sədri. “1993-cü ildə xalqımızın təkidli tələbi, xilaskar missiyası ilə Azərbaycana qayıdan Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxladı, onu dönməz və əbədi etdi.Azərbaycanda qısa bir zaman kəsiyində hökm sürən iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Milli neft strategiyası və Qədim İpək Yolunun bərpası konsepsiyası ulu öndərimizin yalnız Azərbaycan xalqı üçün deyil, həm də bəşəri xidmətlərindəndir. Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Biz hamımız bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Ümummilli lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirib.
Həbib Misirov – “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün köçkünlərin, o cümlədən, kəlbəcərlilərin həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir. Kəlbəcərlilərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yaşayış evləri tikilib istifadəyə verilmişdir.
Keçən bu on il ərzində millət vəkili kimi Cavid Qurbanov Dövlətimizin və dövlət başçımız cənab İlham Əliyevin yorulmaz səyləri nəticəsində soydaşlarımızın qarşılaşadıqları sosial problemlərinin, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, təhsil, səhiyyə və digər infrastruktur obyektlərinin təmir və inşasına və sair sahələrə köməklik edilməsinə qismən də olsa həllinə çalışıbdır.Yeni məktəb binaları tikilmiş və təmir edilmiş avadanlıqlarla təmin edilərək müəllimlərin və şagirdlərin istifadəsinə verilmişdir. Kəlbəcər rayon Uşaq İncəsənət məktəbi üçün yeni sinif otaqları tikilmiş və avadanlıqlarla təmin edilmişdir. 30-dan artıq artezian quyusu qazılmış və 35-dən artıq xeyir-şər obyekti tikilmiş və avadanlıqlarla təmin edilmişdir.
Elmira Şükürova – Təhsil şöbəsinin müdri. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra, xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi, parçalanmaq təhlükəsindən qurtardı, cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə də ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev xüsusi diqqət göstərir.
Bu gün Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş Cavid Qurbanov Kəlbəcər təhsili üçün də əlindən gələni əsirgəməyib. Bu sahənin inkişafı üçün millət vəkili kimi bütün imkanlarını qeyd edir. Hər bir Kəlbəcərlini seçkilərdə Cavid Qurbanova səs verməyə çağırıram.
Mehparə Kazımova – Kəlbəcər rayon Xəstəxanasının baş həkimi.
Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Millət vəkili Cavid Qurbanovun dəstəyi nəticəsində Kəlbəcər rayon Mərkəzi xəstəxanası yenidən əsaslı təmir edilərək vətəndaşların istifadəsinə verilmişdir. Yeni istilik sistemi quraşdırılmış, 1 ədəd təcili tibbi yardım maşını və yeni tibbi avadanlıqlarla təchiz edilmişdir. Biz səhiyyə işçiləri qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının sədri Cavid Qənbər oğlu Qurbanova səs verəçəyik.
Xalıqverdi Həmidoğlu – Ustad aşıq, el ağsaqqalı – Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qaydışı sahəsində ölkədə hökm sürən xaosun, özbaşınalığın, dövlət çevrilişi cəhdlərinin qarşısı birdəfəlik alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, respublikada sabitlik mühiti bərqərar oldu. Bu gün Azərbaycan onun layiqli varisi tərəfindən uğurla inkişaf edir və dünyada tanınır. Mən bir ustad sənətkar kimi Cavid Qurbanovun soy kökünü yaxından tanıyıram. Onun babası el sənətkarı Dədə Şəmşirin şagirdi olmuşam. Aşıq Şəmşir ocağının hər bir üzvü xalq üçün yaşayıb yaradıblar. Mən hər bir Kəlbəcərlini Dədə Şəmşir ocağının layiqli nümayəndəsi Cavid Qurbanova səs verməyə çağırıram
Digər çıxış edən seçicilər də 1 noyabr Milli Məclisə keçiirlən seçkilərdə Yeni Azərbaycan Partiyasının nazmiədi Cavid Qurbanova səs verəcəklərini bəyan etdilər.
Modern.az