Modern.az

Elmlər Akademiyasından doktorant və dissertantlara XƏBƏR

Elmlər Akademiyasından doktorant və dissertantlara XƏBƏR

15 Oktyabr 2015, 13:53


Azərbaycan Milli Elmlər Akademiyası  (AMEA) Nazirlər Kabinetinin 29 sentyabr 2015-ci il tarixli, 258s nömrəli sərəncamına əsasən 2015/2016-cı tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Modern.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki,  fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul sənədləri  15.10.2015-ci ol tarixindən 05.11.2015-ci il tarixinədək hər gün 10:00-dan 07:00-dək qəbul ediləcək(şənbə və bazara günləri istisna olmaqla). 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturaya qəbul  üçün sənədlər AMEA-nın müvafiq institutuna (institutların ünvanı AMEA-nın www.science.az  saytından əldə etmək olar) təqdim olunmalıdır.

Emil Rasim

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək