Modern.az

“Qanuni oğrular” Moskvada Azərbaycan göyərtisinə görə tutuldular

“Qanuni oğrular” Moskvada Azərbaycan göyərtisinə görə tutuldular

15 Oktyabr 2015, 13:56


Rusiyanın paytaxtı Moskva şəhərində gürcü və yezidilər mafiyasına üzv olan “qanuni oğru”lar saxlanılıblar.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Maçik” ləqəbli Qvaramiya Maxare, “Torçik” ləqəbli Nuqraz Torçinava, Roman Lomtadze, Şalva Xuçua və Vitali İzgilov Moskvadakı ərzaq bazarlarına, o cümlədən Azərbaycandan idxal olunan göyərti məhsullarına nəzarət etmək uğrunda yaranan ziddiyyətləri müzakirə etmək üçün toplaşıblarmış.

Rusiyalı istintaqçılar “Ded Xasan”ın (Aslan Usoyan) ölümündən sonra yezidi kürdlərinin başsız qaldığınıı və bundan istifadə edən gürcü mafiyasının onları sıxışdırdığını yazır.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək