Modern.az

Facebook-da söyüş Bakı məktəbliləri arsında davaya səbəb oldu

Facebook-da söyüş Bakı məktəbliləri arsında davaya səbəb oldu

Təhsil

15 Oktyabr 2015, 14:29


Modern.az
xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verməsinə səbəb Facebook-da aparılan danışıqlar olub.

Bu barədə Modern.az-a Gimnaziyanın direktor müavini Müzəyyən Zamanova məlumat verib. O qeyd edib ki, dünən axşam şagirdlər Facebook-da danışıblar və biri o birisini söyüb.

“Bu gün səhər məktəbə gələndə şagirdlərdən biri digərini yıxıb və nəticədə 10-cu sinif şagirdinin burnu sınıb. Hazırda o müalicə alır və dərsə gəlmir. Onu itələyən digər 11-ci sinif şagirdi də dərsə gəlmir. Ona deyilib ki, dərsə gəlməsin, hələ ki bununla bağlı araşdırma gedir. Hər ikisi məktəbə qayıtdıqdan sonra direktor onlarla görüşəcək və hər ikisi haqqında tədbir görüləcək və cəzalandırılacaqlar”.

Qeyd edək ki, hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış