54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Tahir Süleymanov seçicilərlə görüşlərini davam etdirir. Namizədin Şabran rayonu Söhbətli kəndindəki məktəbdə keçirdiyi görüşdə 70 nəfər, Şabran rayonu Təzəkənd kəndindəki məktəbdəki görüşündə isə 80 nəfər iştirak edib. Kənd ağsaqqalı Vaqif Əsədov görüşdə çıxış edərək YAP namizədinə - Tahir Süleymanova səs verəcəylərini bildirib.
Tahir Süleymanovun Şabran rayonu Taxtalar kənd klubunda keçirdiyi görüşdə 80 nəfər iştirak edib. Taxtalar kənd sakini Ağalar Ağarzayev həmyerlilərinin T.Süleymanovu dəstəklədiyini vurğulayıb.
Şabran rayonu Pirəbədil kənd mədəniyyət evinə toplaşan 90 nəfər seçici də Tahir Süleymanova səs verəcəklərini bəyan ediblər. Pirəbədil kənd sakini, əməkdar müəllim Dilarə Məmmədova çıxış edərək deputatlığa namizəd Tahir Süleymanovın fəaliyyətini təqdir edib, seçkidə ona səs verəcəklərini bildirib.
Tahir Süleymanov sonrakı görüşünü Siyəzən rayonu Sədan kəndində seçicilərlə keçirib.