Modern.az

İran təyyarəsinin mühərriki parçalandı

İran təyyarəsinin mühərriki parçalandı

Təhsil

15 Oktyabr 2015, 16:45


İranda paytaxt Tehrandan havaya qalxan və içində 300-dən çox sərnişinin olduğu təyyarənin mühərriki parçalanaraq yerə düşüb.

Modern.az xarici mediaya istinadən bildirir ki, Mahan Hava Yollarına aid “Boing 747” tipi təyyarə Tehrandakı Mehrabad hava limanından qalxdıqdan sonra Tehran elinə bağlı İslamşehr mahalı səmalarında qəzaya uğrayıb.

Mühərriklərindən biri parçalanan təyyarə, digər mühərrikin köməyi ilə geri dönərək Mehrabad hava limanına təcili eniş edib.  

Ölkənin cənubundakı Bender Abbas şəhərinə getməkdə olan təyyarədə 300-dən çox sərnişin olduğunu bildirən səlahiyyətlilər, yola düşərkən təyyarədə heç bir problem olmadığını qeyd ediblər.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış