Modern.az

Adil Əliyev iş adamını vitse-prezident təyin etdi - FOTO

Adil Əliyev iş adamını vitse-prezident təyin etdi - FOTO

Təhsil

15 Oktyabr 2015, 16:46

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev iş adamı Səbuhi Rəcəbi federiyasının peşəkarlar üzrə vitse-prezidenti təyin edib. Bu barədə Modern.az-a məlumat verən A.Əliyev Səbuhi Rəcəbin hər zaman federasiyanın yanında olduğunu və idmançılarımızı daima dəstəklədiyini söyləyərək, bundan sonra federasiyanın fəaliyyətində daha yaxından iştirak edəcəyini və onu öz aralarında görmələrindən məmnun olduğunu diqqətə çatdırıb.

AKF-nin baş katibi Oruc Məmmədli də Səbuhi Rəcəbin təyinatının federasiyanın fəaliyyətinin daha da güclənəcəyini bildirib. Səbuhi Rəcəb 15-ildən çoxdur ki, kikboksla məşğul olduğunu, belə bir məsuliyyətli təyinat üçün Adil Əliyevə federasiyasının rəhbərliyinə və öz təşəkkürünü çatdırıb.

Onu da xatırladaq ki,  S.Rəcəb əvvəllər Azərbaycan Sambo Federasiyasında vitse-prezident, hazırda isə  Türkiyə Sport Kombat Sambo Federasiyasına 1-ci vitse-prezidentidir. Sahibkarlar Konfederasiyasının üzvüdür. Ailəlidir 4 övladı var.




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış