Oktyabrın 15-də Aytac restoranında 46 saylı Şirvan seçki dairəsindən Milli Məclisin deputatlığına namizəd Rafael Cəbrayılovun seçicilərlə görüşüb.
Seçki Qərargahından Modern.az-a verilən məlumata görə, 350 nəfər Şirvan seçicisinin iştirakı ilə təşkil olunmuş görüşdə Rafael Cəbrayılovu çox böyük hörmət və ehtiramla qarşılayıblar. Görüş zamanı deputatlıga namizəd öz platforması haqqında məlumat verdikdən sonra, seçiciləri dinləyib. Əsasən sosial problemlərin həlli istiqəmətində olunan müraciətləri diqqətlə dinlədikdən sonra 46 saylı seçki dairəsindən deputatlıga namizəd Rafael Cəbrayılov bildirib ki, əgər seçiciləri etimad göstərərlərsə, səlahiyyətləri çərçivəsində bütün məsələlərin həllində köməklik göstərəcək. Eyni zamanda, Şirvan şəhərini Milli Məclisdə layiqincə təmsil edəcək.Diskusiya şəraitində keçirilən görüşün sonunda Şirvan seçicilərinin Rafael Cəbrayılovu dəstədiklərini, 1 noyabr tarixində səs verməklə sübut edəcəklərini bildiriblər.