Modern.az

Fatehçilər qələbə qazandılar - FOTO

Fatehçilər qələbə qazandılar - FOTO

Təhsil

15 Oktyabr 2015, 16:01


Dağıstanın Mahaçkala şəhərində Taekvondo növü üzrə ümumrusiya açıq çempionatı keçirilib. Yarışlarda ölkəmizi “Fateh”, “Fərəh”, “Sumqayıt”, “Qəbələ”, “Zenit” və  “Fərasət” idman klubları təmsil edib. 5 ölkənin 500-ə yaxın idmançısının qatıldığı və olduqca gərgin mübarizə şəraitində keçən yarışlarda idmançılarımız ümumən 7 qızıl, 5 gümüş və 15 bürünc medal qazanıblar. Yarışlarda iştirak edən «Fateh» İdman Klubunun rəhbəri Elməddin Vəliyevin verdiyi məlumata görə, rəhbərlik etdiyi klub yarışda 9 idmançı ilə təmsil olunub və fatehçilər ölkəmizə 1 qızıl 1 gümüş və 4 bürünc olmaqla 6 medal qazandırıblar. Klubun rəhbəri qazanılmış qalibiyyətdən məmnun olduğunu və idmançılarımızın belə nəticə göstərməsinin ev sahibləri üçün gözlənilməz olduğunu qeyd edib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış