Modern.az

Baş Prokurorluq deputatlığa namizədin yaydığı xəbəri TƏKZİB ETDİ

Baş Prokurorluq deputatlığa namizədin yaydığı xəbəri TƏKZİB ETDİ

Təhsil

15 Oktyabr 2015, 18:41

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Vidadi İsgəndərov və bəzi dairələr sosial şəbəkələrdə və ayrı-ayrı kütləvi informasiya vasitələrində təqib olunması və həbs olunacağı barədə informasiyalar yayıblar.

Baş Prokurorluq həmin məlumatları qəti şəkildə təkzib edib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a bildirib ki, həmin məlumatların heç bir hüquqi əsası yoxdur, V.İsgəndərov barəsində hüquq mühafizə orqanlarında hər hansı cinayət təqibi həyata keçirilmir və onun toxunulmazlığı qanunla qorunur.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış