Moskvanın Timiryazevski məhkəməsi Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçova qarşı şərəf və ləyaqətin alçaldılması ilə bağlı qaldırdığı iddiaya baxılmasını oktyabrın 29-na qədər təxirə salıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, Mixail Qorbaçov şəxsən özü iddia ilə bağlı məhkəmə prosesində iştirak etməyi planlaşdırır.
Məlumatda qeyd edilir ki, iclas cavabdeh tərəfin xəstəliyi ilə bağlı xahişi ilə təxirə salınıb. Beləliklə, Qorbaçox özü prosesdə iştirak edəcək.
Jirinovskinin məhkəməyə iddia ilə müraciət etməsinə səbəb SSRİ-nin keçmiş liderinin “Kremldən sonra” kitabı ilə bağlıdır. Rusiya liberal-demokratlarının liderinin fikrincə, kitabda onun şərəf və ləyaqəti təhqir edilib. Qorbaçov iddia edib ki, Jirinovski ekstremist şüarlar irəli sürüb və provakasiyalarda əli olub.
RLDP lideri Qorbaçovun təkzib verməsini və ona kompensasiya kimi 1 milyon rubl ödəməsini tələb edir.
Modern.az