Modern.az

“Bakı-Sumqayıt yolundakı sürüşmənin məsuliyyəti bizlik deyil”

“Bakı-Sumqayıt yolundakı sürüşmənin məsuliyyəti bizlik deyil”

16 Oktyabr 2015, 10:53


Son günlərin ən aktual məsələlərindən biri Bakı-Sumqayıt yolunun sürüşməsidir. Ən işlək magistrallardan birində təhlükəli çatların yaranması paytaxtın yol infrastukturunda ciddi problemlərin olduğunu deməyə əsas verir. Maraqlıdır ki, şəhər meriyasına rəhbərlik edən cənab Hacıbala Abutalılbov hələki məsələyə münasibət bildirməyib.

Modern.az saytı Bakı meri ilə əlaqə saxlayaraq, ondan sürüşmə problemi bağlı qənaətlərini soruşub. Ancaq Hacıbala müəllim “bu problemin bizə aiddiyyatı yoxdur, siz yenə də meriyanın mətbuat xidmətinə zəng edin” deməklə məsələyə münasibət bildirmək istəmədi.

“Bakı-Sumqayıt yolunun sürüşməsi ilə əlaqədar konkret nəsə deyə bilmərik. Çünki avtovağzalın qarşısındakı Bakı-Sumqayıt yoluna biz baxmırıq. Ona görə də yolun sürüşməsi məsələsini araşdırmaq Bakı Şəhər İcra Hakimiyyətinə aid deyil”.

Bunu Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bu ilin mayında Binəqədi rayonu ərazisində yanmış 16 mərtəbəli binanın təmirdən sonrakı vəziyyəti, sakinlərin  evlərinə köçməkdən imtina etməsi məsələsinə də aydınlıq gətirilib.

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov gündəlik olaraq Binəqədi ərazisində yanmış binanın sakinlərilə də,  onların problemlərilə də  tanış olur. Bu iş Hacıbala müəllimin gündəlik iş rejiminə daxildir. İkinci bir məsələ  təmirdən sonra sakinlərin binaya köçməkdən imtina etməsidir. Həmin binada iki mənzil  var ki, o mənzillərin sakinləri binaya köçməkdən imtina ediblər. Onların məsələsi araşdırılır. Binaya köçməkdən imtina edənlərə başqa bir yerdə mənzil təklif olunub”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama