Parlamentin son iclasında hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Yevda Abramov dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı həmkarlarının kənd təsərrüfatı ilə bağlı hər hansı fikir bildirməmələrinə kəskin reaksiya verib:
“Bu il “Kənd təsərrüfatı ili”dir. Rayonların çoxunun deputatı çıxışında bu məsələyə toxunmadı. Yəqin təmsil olunduqları rayonlarda kənd təsərrüfatı ilə bağlı hər hansı inkişaf hiss etməyiblər deyə, danışmırlar”.
Modern.az saytı deputatın bu fikrindən çıxış edərək kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edib. Nazir bu fikirlə razılaşmayıb:
“Mən bu fikirlərlə razılaşmıram. Yevda Abramov kənd təsərrüfatı ilə bağlı neqativ fikirlər deməyib. Siz düzgün anlamamısınız..”.
Gülşən RAUFQIZI