Modern.az

Əlil və şəhid ailələrinə dah 47 mənzil verildi

Əlil və şəhid ailələrinə dah 47 mənzil verildi

16 Oktyabr 2015, 12:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının şəhəri, Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 47 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Mənzillərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev sosial cəhətdən həssas qruplardan olan insanların rifah halının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, həmin insanların sosial təminatının gücləndirilməsi istiqamətində ilbəil geniş vüsət alan tədbirlərdən bəhs edib. Qeyd olunub ki, ölkəmizdə davamlı makroiqtisadi inkişaf şəraitində bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir.

Ç.Əliyev bildirib ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, ilkin mərhələdə respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb və ötən həftə onlardan inşası yekunlaşan 41 ev artıq  istifadəyə verilib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli (ümumilikdə 238 mənzil) olan yaşayış binaları da inşa edilir: “Bununla yanaşı, Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması və təmir etdirilməsi işləri görülür. Onlardan artıq təmir işləri yekunlaşan 47 mənzil bu gün müharibə əlilləri və şəhid ailələrinə təqdim edilir. Yaşayış binalarından mənzillərin satın alınması bununla əlaqədar tender elan olunmaqla onun nəticələrinə əsasən həyata keçirilir və hazırda yeni mənzillərin alınması istiqamətində işlər davam etdirilir”.

 Daha sonra yeni mənzillərə baxış keçirilib. Ailə üzvlərinin sayına olaraq təqdim olunan, hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.




Modern.az
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama