Modern.az

Azərbaycanda seçkiləri müşahidə edəcək şəxslərin sayı məlum oldu

Azərbaycanda seçkiləri müşahidə edəcək şəxslərin sayı məlum oldu

16 Oktyabr 2015, 13:41


Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Dairə Seçki Komissiyalarında (DSK) 37079, MSK-da isə 605 müşahidəçi qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün 19 beynəlxalq qurumdan 222 müşahidəçi MSK-da qeydə alınıb.

İclasda həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı Dairə Seçki Komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib.

Bundan əlavə, iclasda bəzi Dairə Seçki Komissiyalarının tərkibinə dəyişiklik edilib. Həmçinin, Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək