28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyev bu gün Zabrat qəsəbəsində seçicilərlə görüşüb. Görüşdə əsasən Zabrat və Maştağadan olan seçicilər iştirak edib.
Seçki Qərargahından Modern.az-a verilən məlumata görə, seçicilər belə yağışlı havada Eldar Quliyevdən görüşdən məmnun olduqlarını, bu günə qədər onlara edilən köməyə və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.Seçicilər E.Quliyevin onlar üçün etdiklərini diqqətə çatdıraraq, bundan sonra ona etimad göstərəcəklərini söyləyiblər. Və qeyd ediblər ki, E.Quliyev bu günə qədər hər bir seçicinin yanında olub, onların müraciətini cavabsız qoymayıb.
Buna görə də onlar E.Quliyevə hər zaman dəstək olacaqlarını bildiriblər.
E.Quliyev də öz növbəsində onlara təşəkkürünü bildirib.
“Əziz seçicilər sizlərə təşəkkür edirəm. Mən hər zaman sizlərin problemlərini dinləməyə hazıram və bunun üçün heç bir məhdudiyyət ola bilməz. Hər zaman sizin yanınızdayam, özümü sizlərdən biri kimi görürəm. Sizlərə əlimdən gəldiyi qədər hər zaman dəstək olmağa çalışacam”.
Seçicilər görüşdə eyni zamanda ötən seçkilərdən həllini tapmayan sosial məsələrlə bağlı danışıblar. Bildiriblər ki, E.Quliyevin millət vəkili olaraq, müdaxiləsi ilə həm yolların çəkilməsində, həm də digər məsələlərin həllində ciddi irəliləyişlər əldə olunub.
E.Quliyev də seçiciləri dinlədikdən sonra bildirib ki, seçkidə deputatlıq mandatı qazanarsa, bu kimi məsələlərin həllində səlahiyyəti çərçivəsində köməklik göstərəcək.
Modern.az