Modern.az

Adil Əliyev veteranlarla görüşdü - FOTOLAR

Adil Əliyev veteranlarla görüşdü - FOTOLAR

Təhsil

16 Oktyabr 2015, 17:05

 

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil ƏliyevAzərbaycan Respublika Veteranlar Şurasında veteranlarla görüş keçirib. Modern.az xəbər verir ki, görüşdə  SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı Tofiq Ağahüseynov iştirak edib.

Görüşdə çıxış edən Azərbaycan Respublika Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev Adil Əliyevin layiqli namizəd olduğunu və 20-ci dairədə qeydiyyatda olan veteranların Adil Əliyevin ətrafında sıx birləşdiyini bildirib. Adil Əliyev seçkilərin yüksək əhval-ruhiyyə şəratində davam etdiyini söyləyib. Namizəd Azərbaycanın bölgədə lider dövlət olduğunu və ölkə başçısının inamlı siyasəti ölkəmizin daha da güclənməsinə və dünyada mövqeylərinin artmasına gətirib çıxartdığını diqqətə çatdırıb.

Görüşdə istefada olan polkovniklər Cəlil Xəlilov,Adil Haqverdiyev, Elşad Şabanov və s.şəxslər çıxış edərək Adil Əliyevi axıra qədər dəstəkləyəcəklərini bəyan ediblər.


 

Modern.az  
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?