Modern.az

Ağdamlı seçicilər Bəxtiyar Əliyevi dəstəklədilər - FOTOLAR

Ağdamlı seçicilər Bəxtiyar Əliyevi dəstəklədilər - FOTOLAR

Təhsil

16 Oktyabr 2015, 17:13


118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.

B.Əliyev Bakının Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələrində məskunlaşan ağdamlı seçicilərlə görüşüb.

Deputatlığa namizəd seçki platformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb, Milli Məclis üzvü seçiləcəyi halda görəcəyi işlərdən danışıb.

Görüşlərdə iştirak edən seçicilər B.Əliyevin seçki platformasını maraqla qarşılayıblar. Çıxış edən seçicilər qeyd ediblər ki, B.Əliyev daim onların etimadını doğruldub, hər zaman seçiciləri ilə bir yerdə olub. Ağdamlılar öz deputatları ilə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər: "Bizim başqa deputata ehtiyacımız yoxdur".  

Seçicilər deyiblər ki, noyabrın 1-də deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəklər.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?