Modern.az

Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir – FOTOLAR

Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir – FOTOLAR

Təhsil

16 Oktyabr 2015, 18:28

 

Oktyabrın 16-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Çuxanlı və Parça-Xalac inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirib.

Ana Vətən Partiyasından Modern.az-a verilən məlumata görə, görüşdə çıxış edən Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov və vəkili Ziyafət Şirinov görüşü açaraq, sözü seçicilərə verdi.

Kənd ağsaqqallarından Zakir İbrahimov, Ağaverdi Fətəliyev, təqaüdçü Xəzəngül Sadıqova, müəllimə Zemfira Qədirova və Sevinc Səfərova, kənd ziyalıları Fikrət Qafarov, Sərvət Xəlilov, Mirzəbəy Atayev, sahibkar Avdı Həsənov, kənd sakini Ağa Abbasov və digər şəxslər çıxış edərək, kəndlərdə yaradılmış şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və Fəzail Ağamalıya səs verməyə çağırdılar.

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?