Modern.az

Seçicilərdən Rafael Cəbrayılova dəstək - FOTOLAR

Seçicilərdən Rafael Cəbrayılova dəstək - FOTOLAR

Təhsil

16 Oktyabr 2015, 18:37


46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü M.Ə.Rəsulzadə küçəsinin  sakinləri  ilə  keçirib. Havanın yağışlı olmasına baxmayaraq,  sakinlər  görüşə böyük həvəslə gəliblər.

Seçki qərərgahının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ilk öncə namizəd böyüyüb boya-başa çatdığı Şirvan sakinləri ilə görüşməyindən məmnunluğunu bildirdi, daha sonra bütün seçicilərin öz seçici hüququndan istifadə edərək , 01 noyabr tarixində seçkidə iştirak etməyə və  layiqli namizədə səs verməyə dəvət etdi. Əsasən Sovet dövründən tikilən binaların dam örtüyünün yararsızlığı və binanın əsaslı təmiri ilə əlaqədar müraciətlər olundu. Namizəd seçiciləri maraqlandıran məsələ ilə əlaqədar  bildirdi ki, bu məsələ mənim də diqqət mərkəzimdədir və öz platformamda əksini tapıb. Mənə etimad  göstərdiyiniz halda, mən deputatat səlahiyyətləri çərçivəsində həmin məsələlərin həllində köməklik göstərəcəyəm.

Səmimiyyət və diskusiya şəraitində keçən görüşün sonunda bütün sakinlər  Rafael  Cəbrayılova seçki kompaniyasında uğurlar arzuladılar və 01 noyabr  tarixində dəstək olacaqlarını bildirdilər.


  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?