Modern.az

Mobil rabitə xidmətindən əldə edilən gəliri məbləği AÇIQLANDI

Mobil rabitə xidmətindən əldə edilən gəliri məbləği AÇIQLANDI

17 Oktyabr 2015, 11:33

Azərbaycanda mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilən gəlirin həcmi 660 milyon manata yaxınlaşır.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda 657,2 milyon manatlıq mobil rabitə xidmətləri göstərilib.
 
Bu arada qeyd etməliyik ki, mobil rabitədən əldə edilən gəlir hesabat dövründə rabitə və informasiya xidmətlərinin ümumi həcminin 54 faizini təşkil edir.
 
Xatırladaq ki, ölkədə bu ilin doqquz ayı ərzində 1216,6 milyon manatlıq xidmət göstərilib.  

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama