Modern.az

Xanım deputat ağac əkdi – FOTO

Xanım deputat ağac əkdi – FOTO

Təhsil

19 Oktyabr 2015, 09:07


Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı və onun Gənclər Birliyinin təşəbbüsü ilə 18 oktyabr-Müstəqillik Gününə həsr edilmiş “Tələbə Ayı” çərçivəsində “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” şüarı altında keçirilən “Ağacəkmə aksiyası” keçirilib.

Qurumdan Modern.az-a verilən məlumata görə, “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” şüarı altında keçirilmiş silsilə tədbirlər çərçivəsində Nəsimi rayonu Mikrorayon ərazisində Yanvar küçəsi böyunca 500 nəfərdən çox fəal üzvünün iştirakı ilə keçirilən “Ağacəkmə aksiyası” həyata keçirilib.  

“Artıq Respublikamızda ənənəyə çevrilmiş bu önəmli aksiyanın məqsədi, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA-nın rəhbəri Leyla Əliyevanın ölkəmizdə və beynəlxalq səviyyədə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli və böyük layihələrə dəstəkdir”.  

Qeyd edək ki, aksiyada deputat Məlahət İbrahimqızı da iştirak edib.


Ağa AĞAYEV

Emil RƏSULZADƏ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?