Modern.az

Azərbaycanda əcnəbi vətəndaş işlədən 123 müəssisə cəzalandırılıb

Azərbaycanda əcnəbi vətəndaş işlədən 123 müəssisə cəzalandırılıb

17 Oktyabr 2015, 15:41


“Bu ilin 9 ayı ərzində 541.047 nəfər olduğu yer üzrə qeydiyyata alınıb”.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun 9 ayın yekunlarına həsr olunan xidməti müşavirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 76.553 şəxs tərəfindən müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.  

Bu ilin 9 ayı ərzində 20.589 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.

Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir orqan kimi sahibkarlıq subyektlərində 168 yoxlama aparılıb, 123-də inzibati pozuntu aşkarlanıb və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

F.Nəbiyev bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin 9 ayı ərzində də kadr işinin düzgün təşkili və onların fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirilib. 222 əməkdaşın əməyi fərqləndirilib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?