118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.
B.Əliyev paytaxtın Nizami rayonunda məskunlaşan ağdamlı seçicilərlə görüşüb.Ağdamlılarla hər görüşün yadda qalan olduğunu deyən deputatlığa namizəd parlament seçkilərinə qatılmaqda məqsəd və məramını açıqlayıb.
B.Əliyev deyib ki, məqsədi dövlətə və millətə xidmət etməkdir: "Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan çox böyük inkişafa nail olub. Sizlərin etimadı ilə bu siyasətin həyata keçirilməsində iştirak etmək istəyirəm. Ona görə də deputatlığa namizədliyimi irəli sürmüşəm və sizlərdən dəstək istəyirəm".
Çıxış edən seçicilər B.Əliyevi yaxından tanıdıqlarını, ona böyük inam və etimadlarının olduğunu söyləyiblər. Ağdamlılar bildirib ki, növbəti 5 ildə də onları Milli Məclisdə B.Əliyevin təmsil etməsini arzulayırlar və bununla bağlı qərarlarını çoxdan veriblər.
Seçicilər deyiblər ki, noyabrın 1-də deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəklər.
Modern.az