Modern.az

Cəbhə bölgəsində Dövlət Müstəqilliyi günü qeyd olunub

Cəbhə bölgəsində Dövlət Müstəqilliyi günü qeyd olunub

17 Oktyabr 2015, 21:21

Horadiz şəhərində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

İcra başçısı Alı Alıyev 18 oktyabr Dövlət Müstəqilliyi günüünün tarixindən danışıb.  Qeyd edib ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz və idarəetmə bacarığı olmayan insanların fəaliyyəti nəticəsində ölkədə faktiki olaraq hakimiyyətsizlik, xaos, anarxiya hökm sürürdü. Azərbaycan dövlət kimi məhv olmaq, parçalanmaq üzrə idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlamışdı, kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca işğal olunurdu.

1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan xaos və anarxiyadan azad olaraq, inkişaf yoluna çıxdı.
Alı Alıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirməsindən, daha böyük uğurlar qazanmasından danışıb.

Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.




Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?