Modern.az

Rafael Cəbrayılov gənclərdən böyük dəstək aldı - FOTO

Rafael Cəbrayılov gənclərdən böyük dəstək aldı  - FOTO

18 Oktyabr 2015, 19:00


46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Rafael Cəbrayılov Şirvan gəncləri ilə növbəti görüşünü keçirib.

Modern.az xəbər verir ki, Rafael Cəbrayılov çıxışını 18 oktyabr müstəqillik günü ilə əlaqədar  gəncləri təbrik etməklə başladı. Daha sonra çıxışını Azərbaycan Respubliksasının müstəqillik uğrunda apardığı mübarizədən və bu günkü çiçəklənən müstəqil Azərbaycanın sürətli inkişaf dinamikası haqqındakı fikirlərlə davam etdirdi.  

Gənclərin Şirvan şəhərindəki ictimai-siyasi proseslərdə fəallığından və proseslərə təsirindən danışan namizəd hər zaman gənclərə dəstək olduğunu bildirdi. Gənclərə olan diqqət və qayğısının nümunəsi olaraq seçki platformasındakı gənclərlə bağlı bəndlərə izahat verdi. Qeyd etdi ki, gənclərin-sosial-iqtisadi problemlərinin həlli və o cümlədən asudə vaxtlarının səmərəli təşkil olunması əsas fəaliyyət istiqamətlərindəndir.   Təbii ki, etimad qazanıb deputat seçildikdən sonra da gənclər istiqamətində fəaliyyətini reallaşdıracağını bildirdi.  

Könüllü olaraq seçki kampaniyasına dəstək olduqlarına  görə gənclərə təşşəkürünü bildirən Rafael Cəbrayılov 01 noyabrda bütün Şirvan gənclərini layiqli namizədə səs verməya çağırdı.

Aktivlik göstərən gənclər Şirvan şəhərindən layiqli namizəd Rafael Cəbrayılovun olduğunu və 01 noyabr tarixində  Rafael Cəbrayılova  səs verəcklərini bildirdilər.

Platformada qeyd olunanları yüksək qiymətləndirən Şirvan gəncləri deputat seçildikdən sonra müxtəlif məsələlərin həllində köməklik göstərməyi və gənclərin işi istiqamətdə bəzi təkliflər verdilər. Mərkəzi kitabxanada kitabların yenilənməsi problemini qaldıran Şirvan gənclərinə dəstək olacağını bildirən Rafael Cəbrayılovu gənclər alqışladılar.  

Şirvan gənclərinin izdihamla keçən görüşünün sonunda bütün seçicilər kimi Şirvan gənclərinində Rafael Cəbrayılovu dəstədiklərini bildirdilər.

Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?