Modern.az

Şəkidə Cavanşir Feyziyevə səs verəcəklər

Şəkidə Cavanşir Feyziyevə səs verəcəklər

18 Oktyabr 2015, 23:59

 

115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev təbliğat-təşviqat kampaniyasını rayonun Qayabaşı, Sarıca, Qaratorpaq və Bolludərə kəndlərinin sakinləri ilə görüşlər keçirməklə davam etdirir.

Görüşlərdə son beş il ərzində ölkədə aparılan quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişaf proqramlarının icrasından və konkret olaraq seçki dairəsində görülmüş işlərdən geniş danışılıb. Seçicilər onları maraqlandıran suallarla deputata müraciətlər etmiş və Cavanşir Feyziyevlə adıçəkilən yaşayış məntəqələrində bu günədək öz həllini tapmamış sosial-iqtisadi məsələlərin həlli yolları barəsində müzakirələr aparmışlar.   

 

 

 

Deputatlığa namizəd seçiciləri 1 noyabr seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüşdə iştirak edən seçicilər növbəti dəfə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Cavanşir Feyziyevin namizıədliyini dəstəkləyəcəklərini bildiriblər.

Görüş musiqi proqramı ilə yekunlaşıb.    

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?