Oktyabrın 18-də 12 saylı Qaradağ- Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Vahid Quliyev seçicilərlə görüş keçirib. Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş tutan görüş çox yüksək səviyyədə təşkil olunub.
Seçicilərlə geniş fikir mübadiləsi aparan V.Quliyev deputat mandatı qazanacağı halda, onlara dəstək üçün əlindən gələn köməyi göstərəcəyini bildirib.Seçicilər də öz növbəsində Milli Qəhrəman V. Qulliyevə böyük etimad göstərdiklərini və onu dəstəkləyəcəklərini söyləyiblər.