Modern.az

Deputatlığa namizəd Cavid Qurbanovun xeyrinə seçkidən çəkildi

Deputatlığa namizəd Cavid Qurbanovun xeyrinə seçkidən çəkildi

19 Oktyabr 2015, 11:29

Vüsalə Əsədova: “Cavid Qurbanov 10 illik deputatlıq fəaliyyəti dövründə seçicilərin etimad və rəğbətini qazanıb”

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 123 saylı Kəlbəcər rayon Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vüsalə Rafiq qızı Mikayılova namizədliyini geri götürüb. V.Əsədova bu addımını seçkidə digər namizəd Cavid Qurbanovu dəstəkləmək məqsədilə atdığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə Vüsalə Əsədova açıqlama verib:

“Deputatlığa namizədliyim irəli sürüləndə seçkidə rəqiblərimin kim olacağı hələ tam bəlli deyildi. O cümlədən, hazırkı millət vəkilimiz hörmətli Cavid Qurbanovun namizədliyi sonradan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldü. Bu baxımdan, Cavid müəllimin iştirak etdiyi seçki yarışmasında iştirakımı məqbul hesab etmirəm. Çünki, Cavid Qurbanov 10 illik deputat fəaliyyəti dövründə əsl millət vəkili kimi kəlbəcərli seçicilərin etimadını və rəğbətini qazanıb. Böyük təcrübəyə və ictimai nüfuza malik olan Cavid Qurbanovun bu seçkidə də seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağı şübhəsizdir. Ona görə də, mən seçkidə mübarizəmi dayandırır, seçiciləri, təəssübkeşlərimi Cavid Qurbanova səs verməyə çağırıram. Cavid müəllimə gələcək deputatlıq fəaliyyətində uğurlar arzulayıram”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?