Modern.az

Ən soyuq qış gəlir – PROQNOZ

Ən soyuq qış gəlir – PROQNOZ

Təhsil

19 Oktyabr 2015, 12:09


Okean sularının isinməsiylə nəticələnən və dünyanın müxtəlif bölgələrində intensiv qar yağışı, qasırğa, sel, sürüşmə və  quraqlığı artıran “Əl Nino” təbiət hadisəsi bu il özünün maksimum həddinə çatacaq.  

“Əl Nino” təbiət hadisəsi nəticəsində qarşıdakı qış mövsümündə dünyanın şimal bölgələrində rekord səviyyədə qar yağacağının , xüsusən yanvar və fevral aylarında dondurucu soyuqların yaşanacağı təxmin edilir.  

Modern.az  xəbər verir ki,  ABŞ-ın Milli Okean və Atmosfer Agentliyi (NOAA) okean sularının isinməsiylə əlaqədar ən son 1998-ci ildə təsadüf edilən “Super Əl Nino”-nun oxşarının qarşıdakı qış aylarında baş verəcəyi xəbərini yayıb.  

Digər tərəfdən okean sularının isinməsiylə əlaqədar olaraq “Əl Nino”-nun çoğrafi qütblərdə bəzi buzlaqları əridəcəyi, əriyən hissələrin qütb küləklərinin təsiri ilə dünyanın digər bölgələrində sel və buna bənzər fəlakətlərə yol aça biləcəyi ehtimal olunur.  

İngilis meteorologiya mütəxəssisləri bu il ABŞ və Avropanın şimalında həddindən artıq təsirli  soyuqların olacağını bildirib.   ABŞ-ın cənubu və Cənubi Avropa ölkələri ilə aralarında,  Türkiyənin də yerləşdiyi Aralıq Dənizi ölkələrində isə daha ilıq ancaq fırtına, qasırğa, fırtına kimi təbiət hadisələrinin və sel fəlakətlərinin daha tez-tez baş verəcəyi,  nəmli qış fəsli yaşanacağı söylənilir.   “Əl Nino” son 30 ildə-  1982 və 1997-ci illərdə  olmaqla özünün iki dəfə ən şaxtalı və təsirli dönəmini yaşadıb.  

Qeyd edək ki,  “Əl Nino” Cənub Rəqs Etmələri (tərpənmələri),  qlobal bir okean-atmosfer hadisəsidir.

”Əl Nino”  Böyük Şərq  Okean səthi sularının istiliyində böyük rəqslər (tərpənmələr) və onların yol açdığı atmosfer hadisələrin ümumi adı mənasına gəlir. Adlar ispan dilindən  "oğlan uşağı" və ya "oğul" , "qız" mənasında istifadə edilir  

Əl Nino”-nun  cənub yarımkürəsindəki  təsirləri daha  çox böyük olur. Bu təsirlər ilk dəfə  olaraq 1923-cü ildə  Ser Gilbert  və Tomas Uolker tərəfindən aşkar edilib.

“Əl Nino”-nun “atmosferə qoyduğu ilk  imzalar”  Cənub Rəqs Etmələri (tərpənmələri) , Taiti və Darvin bölgələrindəki aylıq və ya mövsümi hava təzyiqində baş verən dəyişikliklərdir. Bu amansız təbiət hadisəsi 2006-cı ilin  sentyabr ayından etibarən isə özünün ən aktiv dövrünü yaşayır.    

Ağa AKİFOĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?