18 Oktyabr Müstəqillik günü ilə əlaqədar Siyəzən Heydər Əliyev Mərkəzində “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbir keçirilmişdir.
Tədbir ilk öncə Azərbaycan Respublikasının dövlər himni ilə açıq elan olundu.
Daha sonra Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru Seyidova Ramilə qonaqları salamlayaraq qeyd etmişdi ki, dərin köklərə malik dövlətçiliyimizdə mühüm yer tutan 18 oktyabr günü Azərbaycanın tarix salnaməsinə xalqımızın milli azadlığını, müstəqilliyini əldə etdiyi möhtəşəm hadisə kimi daxil olaraq, sürətli iqtisadi yüksəlişin, insan hüquqlarının müdafiəsi və təmini sahəsində inkişafın, respublikamızın dünyaya inteqrasiyasında mühüm dövrün başlanğıcı olub.
Respublikamızın öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra digər sahələrlə yanaşı, ölkənin hüquq sistemində də ardıcıl islahatların aparıldığı bildirilib, bu islahatların insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinin təminində xüsusi əhəmiyyət kəsb etdiyi vurğulayıb.
Ölkəmizdə beynəlxalq hüquq normalarına, qanunun aliliyinə əməl edilməsinin mühüm prioritetlərdən olduğu, respublikamızın 250-dən çox beynəlxalq konvensiyaya qoşulduğu bildirilib.
Tədbirdə həmçinin Siyəzən rayon 2 saylı tam orta məktəbin tarix müəllimi Əsədova Səadət müəllimə çıxış edərək bildirdi ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi.
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Tədbiri Siyəzən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Hüseynova Bibi öz çıxışıyla davam edərək bildirdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı.
Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə olay deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı.
1918-1920-ci illərdəki Xalq Cümhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdivə nəticədə 1992-ci il 18 Oktyabrda öz müstəqilliyinəı qovuşdu.
Daha sonra Siyəzən rayon 1 saylı orta məktəbin tarix müəllimi Niftəliyeva Sevinc müəllimə qeyd etmişdi ki, Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edir.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.
Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.
Müstəqilliyin əvəzsiz 1 nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
Tədbirin sonunda M.Müşfiq adına 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Babayevana 3-cü sinif şagirdləri ilə birgə Müstəqillik Gününə həsr etdiyi geniş konpozisiyası tədbir iştirakçılarına təqdim edildi.