Modern.az

Fərəc Quliyev seçiciləri ilə görüşlər keçirib - FOTOLAR

Fərəc Quliyev seçiciləri ilə görüşlər keçirib - FOTOLAR

19 Oktyabr 2015, 13:01


1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə namizədliyi 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev və səlahiyyətli nümayəndələri ötən həftə seçki kompaniyası çərçivəsində seçicilərlə 4 görüş keçirib.

Əvvəlcə, ayrılıqda şəhid ailələri, daha sonra isə MDHP Qarabağ Departamentinin təşkilatçılığı ilə Qarabağ qaziləri olan seçicilərlə görüşlər keçirildi. Digər görüşlərdən biri Suraxanı rayon Q.Abbasov adına Mədəniyyət sarayında, digəri isə məhəlli olaraq baş tutdu. Görüşlər əsasən hesabat xarekterli keçirildiyi üçün, Fərəc Quliyev və səlahiyyətli nümayəndələri ötən 5 ildə görülmüş işlər və növbəti seçkilərdə qələbə qazanılacağı təqdirdə planlaşdırılan məsələlər barədə danışdılar.  

Fərəc Quliyevin 2010-2015-ci illət parlament fəaliyyəti barədə verilən hesabatlarda onun Milli Məclisin cəmi 114 iclasında verdiyi 105 təklif və onlardan coxunun artıq həyata keçməsi barədə, beynəlxalq təşkilatlardakı fəaliyyəti, Suraxanı rayonun sosial-itisadi inkişafıyla bağlı görülmüş işlər və s. məsələlər barədə geniş məlumatlar verildi. Keçirilən görüşlərdə verilən hesabatlarla yanaşı, Fərəc Quliyev daha çox sakinləri dinləməyə, onlarla söhbət etməyə üstünlük verirdi.

Seçici razılığı ilə qarşılanan bütün görüşlərdə sakinlər Fərəc Quliyevin həm rayona göstərdiyi diqqətdən, həm də onun millət vəkili kimi ümumi fəaliyyətindən məmnunluqlarını bildirdilər. Seçicilər onun irəli sürdüyü təklifləri izlədiklərini bildirdilər.

Fərəc Quliyevin istər əlilliyi olan vətəndaşlarımızın hüquqları ilə bağlı, istər Qarabağ qaziləri, istər də digər məsələlərlə bağlı parlamentdə  və icra orqanları qarşısında qaldırdığı təklflərə görə təşəkkürlərini bildirən seçicilər öz millət vəkilləri ilə fəxr etdiklərini və ona dəstəyə hazır olduqlarını dedilər.

Keçirilən görüşlərdə, başqa dairələrdən namizədliyi irəli sürülmüş namizədlər də çıxış edərək Fərəc Quliyevə dəstək nümayiş etdirib, seçiciləri ona səs verməyə çağırdılar. Onlardan 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd professor Fizuli Qurbanov və 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Həbib Ələkbərov çıxışlarında Fərəc Quliyevin siyasi fəaliyyəti, keçdiyi təcrübə və şəxsi keyfiyyətlərindən danışdılar. Görüşlərdə Fərəc Quliyevin sədri olduğu MDHP Ali Məclisin sədri Tahir Seyidov seçki platformasından, Gənclər Təşkilatının sədri Coşqun Dadaşov gənclər siyasəti barədə məruzələr etdilər.

Qarabağ Departamentinin sədri Şakir Ağayev isə Fərəc Quliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə, ərazi bütövlüyü uğrunda apardığı döyüşlər və hazırda Qarabağla bağlı ortaya qoyduğu siyasi kurs və təkliflərdən danışdı. Q.Abbasov adına Mədəniyyət Sarayında keçirilən görüşdə seçicilərdən Şəhid atası Əmirsoltan Abdullayev çıxışında Fərəc Quliyevə milli məsələləri daim öndə tutması və xüsusən Şəhid ailələriylə bağlı verdiyi təkliflərə görə təşəkkürünü bildirdi. Daha bir seçici Ramiz Allacov isə Fərəc Quliyevin təqdim etdiyi seçki platforması və ötən illərdəki fəaliyyətindən danışaraq ideyalalrını davam etdirmək üçün ona dəstək olacaqlarını söylədi.

Sakinlərdən Ömər Əhmədov Fərəc Quliyevin neft pullarının ölkəyə gətirilib əhaliyə aşağı faizlə kreditə verilməsi təklifiylə bağlı təşəbbüsünün sakinlər arasında yüksək qarşılandığını dedi. Bütün çıxış edənlər Fərəc Quliyevin verdiyi təklifləri rəğbətlə qarşıladığını bildirdi. Keçirilən hər 4 görüşdə seçicilərin çoxsaylı suallrı cavablandırıldı.

Görüşlərin bu həftə də intensiv olacağı planlaşdırılıb.

 

Modern.az  
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?