Modern.az

PKK-nın "Qara Dəniz Açılım” qrupu ifşa edildi

PKK-nın "Qara Dəniz Açılım”  qrupu ifşa edildi

19 Oktyabr 2015, 13:06


Türkiyənin  xüsusi xidmət orqanları 12 nəfərdən ibarət PKK terror təşkilatının “Qara Dəniz Açılım” adlı qrupunu ifşa edib.

Modern.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, kəşfiyyat orqanları “Qara dəniz Açılım” qrupunda yer alan PKK-lı terrorçuların kimlik məlumatlarını və fotolarını əldə edib.    

Xüsusi xidmət orqanlarının “Qara Dəniz Açılım” qrupu haqqında hazırladığı hesabatda, terrorçuların regiona ilk dəfə  olaraq 1998-ci ildə  daxil olduğu xatırladılıb.  

1 ay ərzində bölgədə 2 ayrı hücum həyata keçirən qrupun həssas və strateji nöqtələrə yönələn aksiya keçirməyi planlaşdırdıldığı qeyd olunub. Qrupun Günbəz Yaylasında, bir qisminin isə Şalpazarı kəndində bir ağac kölgəsində oturarkən görüldüyü müəyyən olunub.  

Həmçinin “Qara dəniz Açılım” qrupunun öz içində 3 qrupa ayrıldığı da qeyd olunub. "Doğanın" kodu adı altında  Cəlal K . ilə  "Çektar" kodu adı altında  Ali Fərat Y.-nin  həyata  keçirdiyi şifrəli danışıqların  xüsusi xidmət orqanlarının  tərəfindən qulaq asılaraq ifşa edildiyi söylənilir.    

Ağa Akifoğlu

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?