Modern.az

Fuad Muradovun Xətai seçiciləri ilə daha bir möhtəşəm görüşü – FOTOLAR

Fuad Muradovun Xətai seçiciləri ilə daha bir möhtəşəm görüşü – FOTOLAR

19 Oktyabr 2015, 13:46


34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradov təbliğat-təşviqat üçün ayrılmış yerdə rayonun General Mehmandarov və  Məhəmməd Hadi küçələrində ümumilikdə 16 binanın sakinləri ilə görüşüb.

Sakinlərlə səmimi söhbət şəraitində keçən görüşlərdə Fuad Muradov bildirib ki, bu gün Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğu xalqımızın ən böyük nəaliyyətidir. “Milli sərvətlərimiz xalqımızın və dövlətimizin rifahı üçün bizim xidmətimizdədir. Hazırda ölkə Prezidentinin həyata keçirdiyi iqtisadi və sosial islahatların əsas hədəfi vətəndaşlarımızdır. Mövcud olan əsas problemlərimiz öz həllini tapmaqdadır.

Bu gün Azərbaycan dövləti öz vətəndaşları üçün bu şəraiti yaradıb və biz Sizlərlə birlikdə dövlətimizin bu istiqamətdə daha da irəli getməsi üçün əlimizdən gələni edəcəyik. Çünki bizim əsas məqsədimiz xalqımıza xidmətdir”. Sakinlər adından danışan ağsaqqallar Fuad Muradova xeyir-dua verərək onun namizədliyini Xətai rayonundan irəli sürməsindən məmnun olduqlarını bildirdilər.

Seçicilər Fuad Muradovun fəaliyyəti ilə yaxından tanış olduqlarını və onu dəstəklədiklərini vurğuladılar. Qeyd olundu ki, Xətai sakinləri yekdilliklə Fuad Muradova səs verəcəkdir.

 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?